“Kamaz”la “Mercedes” toqquşdu: 4 ölü
Bizi izləyin

Qırmızı.az

“Kamaz”la “Mercedes” toqquşdu: 4 ölü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu ərazisində ölümlə mnəticələnən yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında Hacıqabul rayonu, Bakı-Qazax yolunun 40-cı kilometrliyində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm