Qırmızı.az
Zakir Həsənov jurnalistləri təbrik etdi
Müdafiə naziri Zakir Həsənov Milli Mətbuat günü münasaibəti ilə jurnalistləri təbrik edib.
Publika.az-ın məlumatına görə, Zakir Həsənovun təbrik məktubu Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
“Sizi əziz bayramınız – Milli Mətbuatımızın yaradılmasının 139 illiyi münasibətilə ürəkdən təbrik edir, hər birinizə yaradıcılıq uğurları arzulayıram.
Bugünkü Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ləyaqətli
varisidir.
Ulu əcdadımız Həsənbəy Zərdabinin redaktorluğu ilə qocaman "Əkinçi"
XIX əsrin qaranlıq mühitində Azərbaycan oxucusunun beyninə və
qəlbinə maarifçilik, Vətənpərvərlik və işıq toxumu səpdi. O
zamandan başlayaraq xalqımız öz zamanına və dünyaya işıqlı gözlərlə
baxmağa başladı.
"Əkinçi"dən sonra nəşr edilən qəzet və jurnalların sayı çoxaldı,
nəhayət, "Molla Nəsrəddin" kimi müdrik və müqtədir bir jurnal
yaranıb bütün Şərqə nur saçdı.
Arzu edirəm ki, bu gün Siz ulu sələflərimiz Həsənbəy Zərdabinin,
Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin ruhuna və məramına
layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət
edəsiniz. Böyük şairimiz Səməd Vurğun 1941-ci ilin qanlı günlərində
yazırdı:
"Bu gün bir süngüdür əlimdə qələm,
Mənim bayrağıma göz dikir aləm".
Bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir.
Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu
bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz
üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü
gözləyir.
Arzu edirəm ki, Siz ordu mövzusunda yazanda qələminizi süngüyə
çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin
artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən
üzərində qələbəmizi yaxınlaşdırasınız.
Mən bu yolda Sizə yeni uğurlar, dəqiqlik, obyektivlik, ümumxalq mənafeini uca tutmaq və peşəkarlıq arzulayıram.
Siz Azərbaycan mətbuatının o xoşbəxt nəslisiniz ki, Ulu Öndər
Heydər Əliyevin və onun əvəzsiz varisi Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi dövründə yaşayıb yaradırsınız. Taleyin bu
qismətinə layiq olmağınızı arzulayıram.
Bir daha bayramınız mübarək olsun!” – deyə məktubda bildirilir.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI