Daha bir nazirlik jurnalistləri təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Daha bir nazirlik jurnalistləri təbrik etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.


Təbrikdə nazirliklə jurnalistlər arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyi vurğulanıb:


"Əziz jurnalistlər, 22 İyul - Milli Mətbuat günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Görkəmli ictimai xadim, böyük maarifpərvər və publisist Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı ötən müddətdə şərəfli inkişaf yolu keçib. Daim ictimai fikir və ideyaların aynası kimi cəmiyyətin inam və etimadının ünvanına çevrilən milli mətbuatımız “Əkinçi”nin ənənələrinə, ümumbəşəri mətbu dəyərlərə sadiqliyi ilə seçilib, azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik qayəsinin daşıyıcısı olub. Bu gün Azərbaycanda demokratik cəmiyyət quruculuğunun daha bir təzahürü kimi söz və fikir azadlığı şəraitində, senzurasız fəaliyyət göstərən kütləvi informasiya vasitələri (KİV) eyni zamanda dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunub.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyəti, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar barədə daim cəmiyyətə geniş məlumat açıqlığını təmin edən bir dövlət orqanı olaraq bu istiqamətdə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm verir. Bu sahədə uğurlu iş təcrübəsinin əldə olunmasında əməyi olan hər bir jurnalistə öz minnətdarlığımızı bildirir, qarşılıqlı inam və səmimiyyətə söykənən bu əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə inanırıq.


Bir daha hər birinizin peşə bayramınızı ürəkdən təbrik edir, peşə sahəsində yeni-yeni yaradıcılıq işlərinə və həyatda daim yeni-yeni uğurlara imza atmağınızı diləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm