Qırmızı.az
Günvurma ilə bağlı müraciətlər azalıb
Ötən gün iki nəfər günvurma ilə əlaqədar təcili yardıma müraciət edib. Onların hər ikisinə yerindəcə yardım göstərilib. Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, müraciət edənlər 50 və 55 yaşlı kişilər olub. Onlardan biri Pirallahı rayonu Türkan qəsəbəsində dəniz kənarında, digəri isə Pirşağı qəsəbəsində həyatyanı sahədə uzun müddət açıq havada qalıb. Axşam saatlarında narahatlıq hiss etdiklərinə görə təcili yardıma müraciət ediblər. Hər ikisinə günvurma diaqnozu qoyulub, yerində yardım göstərilib və xəstəxanaya aparmağa ehtiyac olmayıb.
Z.Vahidova mövsüm başlayandan günvurma ilə bağlı 20 müraciət olduğunu bildirib:
“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Müraciətlərin yalnız 3-ü küçədən olub. Digər müraciətlər əsasən evdən və axşam saatlarında olur. Çünki gün ərzində açıq hava qalan insanlar axşam saatlarında ürəkbulanma, baş gicəllənmə, baş ağrısı, hərarətin yüksəlməsini müşahidə edirlər. Çox zaman səbəbi bilmədən təcili yardıma müraciət edirlər. Həkimlər ilkin yardım göstərir, lazım olduqda xəstəxanaya aparır”.
Gülxar
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO