• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qardaş bacısının mənzilini qarət etdi

Qardaş bacısının mənzilini qarət etdi

Şirvanda mənzilə basqın edilib. Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri 25 yaşlı Əlizamin Əmənov və 26 yaşlı Etibar Həsənov tutulublar.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Şirvan polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, onlar Vahid Əliyevə məxsus mənzilə daxil olub, onun ailə üzvlərinə zor tətbiq etməklə quldurluq cinayəti törədiblər. Əlizamin Əmənov və Etibar Həsənov qadının və onun 2 azyaşlı uşaqlarının əl-qolunu bağlayıb, evdə axtarış aparıblar.

Mənzilin altını üstünə çevirdikdən sonra evdən 6000 manat pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları, mobil telefon, noutbuk və qol saatı götürüblər. Onlar tutulduqdan sonra istintaqla müəyyən edilib ki, hadisəni törədən Əlizamin Əmənov bütün bu hadisələri öz bacısının mənzilində törədib.

Faktla bağlı Şirvan polis şöbəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR