Qırmızı.az
Avtobusda qadınlarla kişilər əlbəyaxa oldular - VİDEO
Dünən metronun “Gənclik” stansiyasından Binəqədi kəndi istiqamətində işləyən 133 saylı sərnişin avtobusunda vur-çatlasın olub. Milli.Az xəbər verir ki, təxminən saat 19:30-20:00 radələrində 133 saylı avtobusun sürücüsünün - cavan oğlanın avtobusu yüksək sürətlə idarə etməsi sərnişinlərin etirazına səbəb olub. Sürücü isə buna məhəl qoymayaraq dava düşənə kimi yoluna davam edib.
Binəqədi kəndi ərazisində vəziyyət daha da qəlizləşib və qadın
sərnişinlər israrla sürücüdən avtobusu saxlamağı tələb ediblər.
Uzun mübahisədən sonra sürücü onlarla razılaşmalı olub, sonra
qadınlar avtobusu tərk ediblər. Avtobusun yarısı boşalsa da, bir
neçə kişi düşmək istəməyib. Bu isə qadınları daha da qəzəbləndirib,
kişilərlə davaya başlayıblar. Bir-birinə küçə söyüşləri
söyüblər.
“Çinar-Trans” MMC-dən Milli.Az-a bildirildi ki, 133 saylı
avtobusdakı hadisə ilə bağlı qısa zamanda araşdırma aparıldı və
sürücü Valeh Məmmədov işdən azad edildi.
Həmin hadisənin görüntülərini oxuculara təqdim edirik...
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...