Millət vəkili ad gününü jurnalistlərlə birgə keçirdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Millət vəkili ad gününü jurnalistlərlə birgə keçirdi - FOTOLAR

"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələri üçün bayram tədbiri keçirib. O, eyni zamanda, öz ad gününü media mənsubları ilə birgə qeyd edib.

Tədbirdə iştirak edən jurnalistləri bayram münasibəti ilə təbrik edən millət vəkili onlara yaradıcılıq uğurları arzulayıb.

KİV-in ölkənin ictimai-siyasi həyatda böyük rol oynadığını deyən deputat jurnalistlərin öz qələmi və obyektiv mövqeyi ilə ictimai rəyin formalaşmasında ciddi amil olduğunu deyib.

Ölkənin aparıcı media qurumlarının iştirak etdiyi məclisdə jurnalistlər əlamətdar günlə bağlı təəssüratlarını bölüşüblər.

Daha sonra jurnalistlərə tarixi ipək yolu üzərində yerləşən ölkələrin əks olunduğu simvolik hədiyyə təqdim edilib. Tədbir bayram süfrəsi ətrafında davam etdirilib.

Cəvahir Səlimqızı

FOTO:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm