Qırmızı.az
Mikayıl Cabbarov tələbələrlə görüşdü
Bu gün təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin bir qrupu ilə görüşüb. Publika.az-ın məlumatına görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Mikayıl Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir hazırda bu siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdırıb. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir qeyd edib ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.
Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq hər
il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə
qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir. Bu da
onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə
arxalanır.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya
tərəfindən müsbət rəy verilmiş ilk tələbələrin bir qrupu təhsilini
Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı,
Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya,
Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçdə bakalavriat,
magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam
etdirəcəklər. Bu tələbələr arasında Harvard, Kembridc, Lund,
Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi
dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş
gənclərimiz yer alır.
Xaricdə təhsil üzrə Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün
sənəd qəbulu 22 may - 08 avqust tarixlərini əhatə edir. Sənəd
qəbulu prosesi və müsahibələr hazırda davam edir.
Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları
ilə yanaşı digər dövlət qurumları və ali təhsil müəssisələrinin
nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf
aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli
zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini
yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin
yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra
qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim
meyarları kimi tətbiq olunur.
2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin
ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin
ümumi sayı 2612 nəfərdir.
Gülxar
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK