Qırmızı.az
Boş qalan yerlərə müsabiqə başladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqə elan edir. TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqə martın 2-də və mayın 25-də magistratura səviyyəsinə keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında aparılır.
Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar 2014-cü il
avqustun 4-dən 11-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə
daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın
elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Bunun üçün
bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və
ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən
istifadə etməlidirlər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr”
jurnalının 6-cı sayında dərc olunacaq. Hər bir bakalavr bu
siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr
ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi
kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə
formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi
qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi
ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət
sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan
qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar
nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri
seçə bilməzlər.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA