Qırmızı.az
Bakıda bankomatdan oğurluq edildi
Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Beynəlxalq Bankın bankomatından pul çıxarmaqla dələduzluq cinayəti törədən Bakı şəhər sakini 44 yaşlı Zakir Əliyev saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, saxlanılan şəxs kömək məqsədilə bankomatdan pul çıxarmaq istəyən Qızılgül Hüseynovaya yaxınlaşıb, onun 175 manat pulunu çıxararaq qaçıb. Sonra da Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməliyyatçıları tərəfindən istintaqa cəlb olunub.
İstintaq zamanı Zakir Əliyevin üzərindən istehlak miqdarından artıq olan herain də aşkarlanıb. İfadəsində narkotik istifadəçisi olduğunu etiraf edən Z.Əliyev bildirib ki, cinayəti narkotik almağa pulu olmadığı üçün törətdib.
Onun əvvəllər də analoji cinayətə görə həbs olunduğu bildirilir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Simnarə
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye