Qırmızı.az
Azercell-dən media nümayəndələrinə bayram hədiyyəsi(R)
Şirkət Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz edib
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür. 22 iyul - ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Mill Mətbuat günü münasibətilə Azərbaycanın lider mobil operatoru, fəaliyyətə başladığı gündən media ilə əlaqələrinə böyük önəm verən Azercell Telekom ölkə jurnalistlərinə bayram hədiyyəsi hazırlayıb. Belə ki, şirkət 22.07.2014-cü il tarixində Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz edib. Məhz bu gün öz peşə bayramları günündə media nümayəndələri öz yaxınları ilə istədikləri qədər doyunca danışacaqlar. Məlumat üçün bildirək ki, Mediacell tarif paketi 2011-ci ilin 4 martında Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində çalışan KİV nümayəndələri üçün təqdim edilib.
Azercell bir daha Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır!
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ