Bakıda parkda bıçaqlanma
Bizi izləyin

Qırmızı.az

Bakıda parkda bıçaqlanma

Gecə saatlarında Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində olub.

Naməlum şəxs və ya şəxslər 45 yaşlı Şahin Quliyevə bədəninin müxtəlif nahiyələrindən 4 bıçaq zərbəsi vurub, yaxınlıqdakı Xəqani bağına atıblar. Yaralı ağır vəziyyətdə hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan Publika.az-a bildirilib ki, yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər artıq saxlanılıb. Polis İdarəsindən onu da bildirdilər ki, hazırda şəxsiyyətləri istintaqla müəyyən olunanlardan biri mərhumun yaxın qohumudur.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm