Qırmızı.az
Bakıda bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq
Bakıda günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu,
iriqabaritli və ya ağır çəkili avtomobillərin hərəkətinə
məhdudiyyətlər qoyulacaq.
Bu barədə Trend-ə Daxili İşlər
Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol
Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, Bakı şəhəri ərazisində hərəkətin
təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin
təşkili məqsədilə paytaxtın inzibati ərazisindəki yollar müayinə
edilərək müşahidələr və təhlillər aparılıb. Məlum olub ki, günün
işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli
avtomobillərin hərəkət etməsi yollarda sıxlığın yaranmasına, bəzən
də uzunmüddətli tıxacların baş verməsinə səbəb olur:
"Bu məqsədlə fiziki, hüquqi və vəzifəli şəxslərin nəzərə
çatdırılır ki, paytaxtın inzibati ərazisində bu tipli
avtomobillərin hərəkəti yalnız icazə verilmiş küçə və prospektlər
üzrə axşam saat 21:00-dan səhər 8:00-dək nəzərdə tutulub. Yol
infrastrukturunun inkişafı sahəsində tədbirlər planının tələbinə
uyğun olaraq, bu tipli avtomobillərin hərəkəti göstərilən saatlar
üzrə tənzimlənir. Ona görə də Bakı şəhər Baş Dövlət Yol Polisi
İdarəsi sürücülərin nəzərinə çatdırır ki, səhər saat 8:00-dan axşam
saat 21:00-dək qeyd edilən avtomobillərin paytaxtın inzibati
ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq. Ona görə də xahiş
edilir ki, gün ərzində paytaxt ərazisində sıxlığın yaranmaması, yol
qəza hadisələrinin baş verməməsi naminə belə avtomobillərdən yalnız
günün göstərilən vaxtında istifadə edilsin. Əks halda yol polisi
tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri
görüləcək. Belə avtomobilləri olan fiziki, hüquqi və vəzifəli
şəxslərdən xahiş edilir ki, bu qadağanı nəzərə alaraq işlərini
əvvəlcədən planlaşdırsınlar".
Bölmə rəisinin sözlərinə görə, artıq yol polisləri tərəfindən bu
tipli avtomobillərin mütəmadi hərəkət etdiyi yollar nəzarətə
götürülüb: "Bunlar 20 Yanvar dairəsi, 3-cü Kənar dairəvi yol,
Bakı-Ələt yolu, Ziya Bünyadov, Mətbuat, Tbilisi, Babək, Nobel
prospektləri, Xırdalan-Biləcəri yolu, Mikayıl Əliyev küçəsi, eləcə
də digər küçə və prospektlərdir. Qeyd edilən yollarda yol polisi
tərəfindən əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".
V.Əsədov qeyd edib ki, bununla bağlı gömrük postlarına da müvafiq tapşırıqlar verilib. Yük avtomobilləri gömrük postuna daxil olandan sonra onların orada saxlanması üçün müvafiq şərait yaradılacaq.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı