Girovların məsələsi Qarabağda müzakirə edildi
Bizi izləyin

Qırmızı.az

Girovların məsələsi Qarabağda müzakirə edildi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyasının rəhbəri Tomas Halier Ermənistan ordusu tərəfindən işğal edilən Dağlıq Qarabağa gəlib.

ANS PRESS-in məlumatına görə, Tomas Halierin Azərbaycan torpağında məskən salan ermənilərlə görüşünün təfərrüatları barədə Ermənistan mətbuatı açıqlama verməyib.

Bildirilir ki, BQXK-in rəsmisi Kəlbəcərdə ermənilər tərəfdən girov götürülmüş iki azərbaycanlının - Şahbaz Calal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərovun məsələsini müzakirə edib.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən verilən açılamada ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edildiyi bildirilib: "Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm