1 ailənin 3 üzvü öldü
Bizi izləyin

Qırmızı.az

1 ailənin 3 üzvü öldü

Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Nəvai kəndi ərazisində baş verib.

ANS TV-nin məlumatına görə, Göygöl rayon sakini 46 yaşlı Namiq Məmmədova məxsus “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxıb.

Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb. Bir neçə dəfə çevrilən maşın tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində avtomobilin sürücü və maşında olan 3 sərnişin - 1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 42 yaşlı Kərimova Rita Mamed qızı və 21 yaşlı Kərimova Əminə Nəsib qızı hadisə yerində dünyasını dəyişiblər.

Qəzada həlak olan sərnişinlər bir ailənin üzvüdür. Onların paytaxtdan yaşadıqları Gəncə şəhərinə getdikləri deyilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar gedir.

Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm