Qız qaçırma üstündə kütləvi dava: 7 yaralı - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

Qız qaçırma üstündə kütləvi dava: 7 yaralı - VİDEO, FOTO

7 nəfərin də yaralandığı kütləvi davanın iştirakçılardan 15 nəfər tutulub

Türkiyənin Şanlıurfa vilayətində qız qaçırma üstündə kütləvi dava baş verib.

Anspress-in “milliyet.com” saytına istinadən verdiyi məlumata görə, kütləvi dava küçədə baş verib. Hadisə yerinə polislər gəlsələr də, dava iştirakçıları ayıra bilməyiblər.

Kütləvi dava iştirakçıları daş, dəmir və taxta parçalarından istifadə edərək, bir-birinin üstünə cumublar. Ətrafdakı mağazaların və avtomobillərin şüşələri sınıb. Dava zamanı 7 nəfər ağır yaralanıb. Polis dava iştirakçılarından 15 nəfəri yaxalayıb.

Hazırda davanın digər iştirakçıları axtarılır. Kütləvi davanın iki ailə arasında yaranan narazılıq səbəbindən baş verdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm