• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Lerikdə baş verən yanğın lokallaşdırılıb

Lerikdə baş verən yanğın lokallaşdırılıb

21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki Piran kəndində bələdiyyə torpaqlarında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 20 nəfərlik heyəti də bu gün Lerik rayonuna yola düşüb.

Hadisə yerinə cəlb olunmuş nazirliyin 150-dək əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə əsasən üç istiqamətdə baş vermiş yanğının artıq lokallaşdırılmasına nail olub. ETSN-in əməkdaşları közərtilərin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Qeyd edək ki, bu tədbirlər ona görə aparılır ki, külək yenidən alovlanmaya səbəb ola bilər.

Nazirlik bildirir ki, yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A, Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 21-ci dolaylarında və Hirkan Milli Parkının Şirtük adlanan ərazisində qeydə alınıb.

Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR