Türkiyədə işləyən azərbaycanlı həkimlərin sayı
Bizi izləyin

Qırmızı.az

Türkiyədə işləyən azərbaycanlı həkimlərin sayı

Türkiyədə 70 Azərbaycan tibb işçisi çalışır. ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu deyib.

Qonşu ölkədə çalışanlar arasında 50 İran, 49 Suriya, 39 Fələstin, 35 Makedoniya, 26 Qırğızıstan, 24 Yunanıstan, 22 Əfqanıstan, 2 Almaniya və 1 Ermənistan vətəndaşı var.

Onun sözlərinə görə, ötən il 535 əcnəbi müalicə məqsədilə Türkiyəyə gəlib. Bunların 9-u Azərbaycan vətəndaşı olub.

Çoxluğu isə əfqanlar təşkil edib - 228 nəfər.

Onun sözlərinə görə, əcnəbi səhiyyə işçilərinin Türkiyədə işləməsinə icazə verən qanun 2012-ci ildən qüvvəyə minib. Qeyd edilən tarixdən bu yana 459 tibb personalı iş üçün müraciət edib. Onların 224-ü həkim, 137-i mütəxəssis həkim, 79-u tibb bacısı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm