• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Pakistanda ölən azərbaycanlı qadının kimliyi bilindi

Pakistanda ölən azərbaycanlı qadının kimliyi bilindi

Pakistanda vəfat edən azərbaycanlı qadının şəxsiyyəti bəlli olub. Bu barədə məlumatı ANS PRESS-ə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib.


Bu Bibixanım Ağayevadır.


Məlumata görə, qadın şəkər xəstəsi olub. "Mərhumənin cənazəsi Pakistan xəstəxanasında müayinə olunub. Həkimlərin verdiyi rəyə əsasən onun şəkəri qalxıb və bu səbəbdən də keçinib".


Səfirin sözlərinə görə, B.Ağayevanın cənazəsi bu gün Bakıya yola salınıb.


Qeyd edək ki, azərbaycanlı qadının cəsədi Kəraçidəki Saddar otelində aşkar edilib. O, iyulun 17-də biznes məqsədi ilə Azərbaycandan Kəraçiyə uçub və iyulun 23-də geriyə qayıtmaq üçün bilet alıb.


Ağayeva Bibixanımın ölümü barədə məlumatı polisə otel meneceri verib. Otaq xidməti onun qaldığı otağa daxil olanda qadının cəsədi ilə qarşılaşıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR