Qırmızı.az
Qatarlar yenilənəcək - FOTO
Köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, artıq Bakı Metropolitenindəki köhnə vaqonların tam yenidən qurulmasına başlanılıb: "Bakı Metropoliteninin vaqon parkında 266 vaqon var. Hər bir vaqonun istismar müddəti olur. Bizdə istismar müddətini başa vurmuş vaqonlar yoxdur. Amma onlar mütəmadi olaraq cari və əsaslı təmirdən keçməlidir. Bu il hər birində 5 vaqon olmaqla 3 qatar tam modernizasiya olunub. Onlardan biri artıq sınaq yürüşündədir. Bir neçə gündən sonra tam istifadəyə veriləcək".
N.Paşayev qeyd edib ki, vaqonlar Rusiya vaqon təmiri zavodlarından birinin Tbilisidəki filialına göndərilir. Orada isə vaqonlar demək olar ki, tam yenilənir: "Orada köhnə vaqonların yalnız korpusu qalır, qalan bütün hissələri dəyişdirilərək tamamilə yenidən qurulur. Vaqonlar ən xırda detalınadək yenilənir. Kabellər, şuruplar, idarəetmə pultu, maşinist lövhəsi, lampalar, oturacaqlar, şüşələrinə qədər hər şey dəyişdirilir. Yəni demək olar ki, artıq tam yeni vaqon olur".
Bundan əlavə, "Bakı Metropoliteni" QSC-nin yeni vaqonların alınmasına dair fransız şirkətləri ilə mövcud anlaşma memorandumu əsasında bununla bağlı yaxın zamanlarda müvafiq müqavilə də imzalanacaq. (Trend)
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO