700 bal toplayan tələbələri siz də tanıyın (FOTO)
Bizi izləyin

Qırmızı.az

700 bal toplayan tələbələri siz də tanıyın (FOTO)

Qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticə əldə etmiş gənclərdən biri Qədimbəyli Qoşqar 287 saylı “Zəkalar” liseyinin məzunudur. II ixtisas qrupunu məhz iqtisadiyyata olan marağına görə seçən Qoşqar təhsilini xaricdə davam etdirməyi düşünür.

“Qəbul imtahanından əvvəl xaricdə oxumaq üçün imtahan vermişdim, sadəcə, 11-ci sinfi də xaricdə oxumalı idim, bu zaman da Azərbaycanda imtahan verə bilməyəcəkdim. Lakin növbəti ildən təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu sahəni də məhz dünyaya çıxmaq üçün seçmişəm”.

Qoşqar 700 bal toplayacağına inanırdı.

“Aşağı sinifdən hər zaman dərslərimi yaxşı oxumuşam, son bir ildə isə ciddi hazırlıq kursu keçmişəm. Məqsədim 700 bal toplamaq idi və buna əmin idim. Orta məktəbdə yaxşı oxumayıb, son iki ili hazırlaşmaqla yüksək nəticə əldə etmək olmaz”.

Qeyd edək ki, bu il I ixtisas qrupu üzrə 700 bal toplayan Nurlan Quluzadə də “Zəkalar” liseyinin məzunudur.


II ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent Samir Rzayevdir. Samir isə Qoşqardan fərqli olaraq, 700 bal toplayacağına çox da inanmadığını deyir:

“Bu nəticəni çox da gözləmirdim, imtahandan çıxandan sonra inam yarandı. Sınaqlarda 595, 665 bal da toplamışam, yəni nəticələr fərqli olurdu. Bu qrupu iqtisadiyyat və biznesə olan maraqla əlaqədar seçmişəm. Azərbaycan Diplomatik Akademiyasının biznesin idarə edilməsi fakültəsini seçməyi düşünürəm”.

Samir imtahana çox da ciddi hazırlaşmadığını deyir. Əsas hazırlığı məktəbdə olub. Son bir ildə isə gündəlik 4-5 saat davamlı dərslərlə məşğul olub. Son vaxtlar isə yay fəsli olduğundan dərs saatlarını azaltdığını deyir. Samir yüksək nəticə göstərmək üçün əvvəldən dərslərinə mütəmadi hazırlaşmağın vacib olduğunu bildirir.

Qeyd edək ki, II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.


II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə toplayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm