Milli Parkdakı yanğın söndürülüb
Bizi izləyin

Qırmızı.az

Milli Parkdakı yanğın söndürülüb

İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış, sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın iyulun 23-də səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürülüb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin hesablamalara görə Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A dolayında yanğın lokallaşdırılsa da közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.
Hazırda ETSN-nin150-dək əməkdaşı, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi Razvandaband meşəbəyliyinin 23 A dolayında közərtilərin tam olaraq söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm