Oğlunun polisə müqavimət göstərdiyi deyilən Qarabağ veteranı müraciət yaydı
Bizi izləyin

Qırmızı.az

Oğlunun polisə müqavimət göstərdiyi deyilən Qarabağ veteranı müraciət yaydı

“Mətbuatda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon şöbəsinin sədr müavini Vüqar Eynullayevin oğlunun polisə müqavimət göstərərək həbs olunması barədə məlumat yayılıb. Bir sıra mətbuat orqanlarında bu hadisə şişirdilərək təqdim olunub”.

Vüqar Eynullayev hadisə ilə bağlı münasibətini açıqlayıb. Qarabağ veteranının Publika.az-a daxil olan müraciətində deyilir:

“I Qrup Qarabağ əlili, Yeni Azərbaycan Partiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon şöbəsinin sədr müaviniyəm.

Oğlum Eynullayev İlqar ali təhsillidir, Yeni Azərbaycan Partiyasının üzvüdür. Hərbi xidmətini döyüş bölgəsində keçirib.

Mən və ailəm həmişə Azərbaycan dövlətinə və prezidentinə sadiq olmuşuq və bundan sonrada fəaliyyətimizlə öz sədaqətimizi sübut edəcəyik. Oğlum İlqarla polis əməkdaşı arasında olan anlaşılmazlıq və onun polisin qanuni tələbinə tabe olmaması məni çox məyus etdi. Bunu bağışlanlmaz hərəkət kimi qiymətləndiririəm. Onun bu hərəkətinə hüquq mühafizə orqanları tərəfindən hüquqi qiymət veriləcək.

Hüquq mühafizə orqanlarımızın obyektiv araşdırma aparacağına zərrəcə şübhəm yoxdur. Hamı kimi mənim oğlum da qanun qarşısında cavadehlik daşımalı və ona hörmətlə yanaşmalıdır.

Lakin rayonda olan bəzi maraqlı qüvvələr bu hadisədən öz məqsədləri üçün istifadə etməyə cəhd etdilər ki, məni də narahat edən budur. Onlar zəng vuraraq bu hadisədən başqa məqsədlər üçün istifadə etmək, ara qarışdırmaq, rayonda qarşıqlıq yaratmaq üçün məni qanunsuz əməllərə təhrik etməyə cəhd etdilər.

Məhz həmin maraqlı qüvvələrin əməllərini nəzərə alaraq bu müraciəti etmək qararına gəldim. O qüvvələrə bildirirəm ki, sizin əməlləriniz baş tutmayacaq. Mən və ailəm Azərbaycan dövlətinə və prezidentinə sadiqik və heç zaman araqarışdıranların fitnə- fəsadlarına uymayacağıq. Oğlumu da, özümü də vətən yolunda qurban verməyə hazıram. Qanun qarşısında hamımız bərabər hüquqluyuq. Oğlum etdiyi səhvə görə qanun qarşısında cavab verməyə hazır və borcludur. Hesab edirəm ki, hüquq mühafizə orqanları araşdırma arapacaq, oğlumun günahı varsa, qanun qarşısında cavab verəcək. İnanıram ki, gəncliyi və təcrübəsizliyi ucabtından baş verən bu anlaşılmazlıq onun üçün dərs olacaq.

Oğlumun gənc və təcrübəsizliyi ücbatından etdiyi kiçik bir səhvi şişirdərək öz maraqlarına uyğun şəkildə təqdim edən qüvvələrə demək istəyirəm ki, onlar məqsədlərinə çatmayacaqlar. Bu sabitliyi, firavanlığı bizə bəxş edən Ulu Öndərimiz Heydər Əliyev və onun siyasi davamçısı, Ali Baş Komandanımız, cənab İlham Əliyevdir. Biz həmişə ona sadiq olacaq və onun siyasətini dəstəkləyəcəyik.

Bir daha vurğulayıram ki, mən və ailə üzvlərim heç bir təxribata uymayaraq Azərbaycanın inkişafı naminə fəaliyyət göstərəcək, dövlətimizə sədaqətimizi nümayiş etdirəcəyik.

Hörmətlə: Masallı şəhər sakini, I Qrup Qarabağ əlili, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini

Eynullayev Vüqar Gülağa oğlu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm