Qırmızı.az
Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap edib.
Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət
sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak
etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının
paylanmasına dair məlumatlar təqdim olunub.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün
istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili
müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid
balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.
Qeyd olunan vəsaitləri TQDK-nın binası qarşısındakı
"Abituriyent" köşkündən almaq olar, vəsaitləri həmçinin elektron
formatda (pdf)http://eservices.tqdk.gov.az/ejurnal linkinə
keçərək əldə etmək mümkündür.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq.
İxtisas seçimində ümumi balı 100-dən az olmayan abituriyentlər
iştirak edə bilərlər. İxtisas seçimi ilə bağlı ətraflı məlumat 5
saylı "Abituriyent" jurnalında təqdim olunub.
Gülxar
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı