Qırmızı.az
45 yaşlı kişini bıçaqlayanlar tutuldu
Ötən gün gecə saatlarında Bakının Səbail rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları ortaya çıxıb.
Rayon Polis İdarəsinin istintaq şöbəsindən Publika.az-a verilən məlumata görə, 45 yaşlı Şahin Quliyevə bədəninin müxtəlif nahiyələrində 4 bıçaq zərbəsi vurub yaxınlıqdakı Xəqani bağına atan şəxslərin kimliyi məlum olub.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 19 yaşlı İlham Sadıyev, 21 yaşlı Fuad Əliyev, 22 yaşlı Əli Süleymanov və 23 yaşlı Kərim Kərimov saxlanıblar.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər tüfeyli həyat tərzi keçirir və R.Rza küçəsində Xəqanı bağında skamyalarda gecələyirlər. Oraya istirahətə gələn Şahin Quluev də buna görə onlara irad bildirib. Bu zaman mübahisə düşüb.
Dəstə üzvlərindən Kərim Kərimov istintaqa ifadəsində bildirib ki, zərərçəkəni dostları döysə də, o, bıçağı işə salıb:
”Birinci dəfədir ki, görürdüm onu. Bizə irad bildirdi ki, parkda yatmayın, burda camaat istirahət edir. Biz də dedik ki, sənə nə? Beləliklə, sözümüz çəp gəldi. Mən də bıçağı çıxarıb bir zərbə vurdum. Peşman deyiləm. Mən vurmasaydım, o, məni vuracaqdı”.
O, cinayətdə istifadə etdiyi bıçağı özünü qorumaq məqsədilə daim üzərində gəzdirdiyini bildirib. K.Kərimov və digər dəstə üzvləri barəsində Səbail rayon Polis İdarəsində cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilən Şahin Quliyevin vəziyyəti orta ağırdır.
Simnarə
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI