Bakıda alt paltarı oğurlayan kişi saxlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda alt paltarı oğurlayan kişi saxlandı

Bakıda məzildən oğurluq edilib. Suraxanı Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini 43 yaşlı İsmayıl Əliyev Akif İbrahimova məxsus Hövsan bağları massivindəki mənzildən içərisində alt paltarı və qızıl zinyət əşyaları olan 3 ədəd çanta oğurlayıb.

İstintaqa ifadəsində bildirib ki, o, zərərçəkmişlə qonşudur. Onun xırda bizneslə məşğul olduğunu bilib evinə daxil olub:

“Eyni həyətdə yaşayırıq, baxdım gördüm evin qapısı açıqdır, divanın üstündə 3 ədəd bağlama çanta gördüm. Tez götürüb aradan çıxdım. Heç bilməmişəm, çantada nə var. Sadəcə, satmaq üçün əşyaların olduğunu güman edirdim. Evə gedəndə gördüm çatanın içərisindən qızıl da çıxdı. Özümdə olmamışam, içkili idim”, - deyə o, əməlinə haqq qazandırdı.

Faktla bağlı İsmayıl Əliyev barəsində cinayət işi başlanıb. Onun digər cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm