Qırmızı.az
Prokuror vətənə xəyanətdə ittiham olunanlara ömürlük cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Ağamir Ağamirov və Hafiz Vəliyevin ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmə prosesi iyulun 31-də davam edəcək.
Xatırladaq ki, ittiham aktına görə, Ağamir Ağamirov və Hafiz Vəliyev İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “Sepah”ın əməkdaşlarına təqdim ediblər.
Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK