Ramazanda ağız sağlığına diqqət!
Bizi izləyin

Qırmızı.az

Ramazanda ağız sağlığına diqqət!

Sağlam və problemsiz bir Ramazan ayı keçirmək istəyən insanların ay boyunca ağız və diş sağlamlıqlarına diqqət yetirmələri vacibdir.

Mütəxəssislər iftar və imsaqdan sonra mütləq dişlərin və dilin təmizlənməsini məsləhət görür. Oruc tutulmayan zamanlarda ara paylar sayəsində ağız mühitinin turşu nisbəti azalır. Lakin orucluykən ara pay şansı olmadığı üçün ağız mühitinin turşu nisbəti arta bilər. Bunun üçün gün ərzində ağızı su ilə yaxalamaq lazımdır. Bundan əlavə duzlu suyla qarqara etmək və istəyə uyğun ağız spreyi istifadə etmək də olar. Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun əsas səbəblərindəndir.

Ağız içi hər hansı bir infeksiya bakteriya törəməsini artıracağı üçün ağız qoxusuna səbəb olur. Ağız içində olan köhnəlmiş körpü və protezler zamanla qida yığılmasına gətirib çıxardığından ağız boşluğunda pis qoxular yaradır. Əgər ağız qoxusu bunlardan qaynaqlanırsa, Ramazandan əvvəl diş həkiminizi ziyarət etməniz lazımdır.

Bildiyimiz kimi dişə düzgün gigiyenik xidmətin göstərilməməyi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və təmizləmirsinizsə qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına, metilmerkaptan və hidrogen sulfid buxarının formalaşmasına gətirib çıxarır.

Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə, damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmələ gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu peridontit adlanan xəstəliyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır. (movqe.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm