Qırmızı.az
Xətai polisi silahlı şəxsi zərərsizləşdirib
Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları
qanunsuz odlu silah əldə edib saxlama və gəzdirməkdə təqsirli
bilinən şəxsi yaxalayıb.
ANS TV-nin məlumatına görə, əvvəllər də Cinayət Məcəlləsinin bir
neçə maddəsilə 3 dəfə məhkum olunmuş Bakı şəhər sakini, 40 yaşlı
Əflatun Salmanov şübhəli şəxs qismində saxlanılıb. Onun üstünə
baxış zamanı bir ədəd “Makarov” markalı tapança və içərisində 3
ədəd güllə olan sandıqça aşkarlanaraq maddi sübut kimi
götürülüb.
Saxlanılan şəxs bildirib ki, həbsdən çıxdıqdan sonra avtomobil
təmiri sexində işləyib və təxminən bir ay bundan əvvəl tapança əldə
edib. Əflatun Salmanov silahı tapdığını bildirsə də polis
əməkdaşları ifadənin doğru olub-olmadığını araşdırır.
Saxlanılan şəxs onu da etiraf edib ki, tapançanı mütəmadi olaraq
üstündə gəzdirirmiş.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Hazırda kriminalistik-ekspertiza silahdan hər hansı cinayətdə
istifadə edilib-edilmədiyini araşdırır.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom