Məscidlərdə izdiham yaşandı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Məscidlərdə izdiham yaşandı (FOTO)

Türkiyənin müxətlif şəhərlərində Qədr gecəsi ilə əlaqədar çox sayda vətəndaş məscidlərə axışıb.

ANS PRESS-in məlumatına görə, islam dünyasının ən müqəddəs günlərindən hesab edilən Qədr gecəsi məscidlərdə sıxlıq və izdiham yaşanıb.

Ankara şəhər bələdiyyə sədri İbrahim Melih Gökçek şəhərin ən gözəl məscidlərindən olan Hacı Bayram-ı Vəli məscidində olub və sosial şəbəkə vasitəsilə oradan isti-isti görüntülər paylaşıb.

İmam kürsüdə danışdığı zaman içəridə və bayırda 30 minə yaxın adam onu dinləyib. Onlar dualarında günahsız ölən Qəzzalı dinc sakinləri də xatırlayıblar və onlara uca Allahdan rəhmət diləyiblər.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm