Bakıda qeyri-adi canlı tapılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda qeyri-adi canlı tapılıb

Bakıda bir neçə həftəlik bala ərəbdovşanı tapılıb. Nadir heyvanı Maştağa qəsəbəsi sakini Fədail Şükürov Albalılıq yaşayış massivində tapıb.

Nadir heyvanı ilk dəfə görən Fədail onu yaxalamaq üçün xeyli səy göstərib. Bala dovşan tutulduğu zaman isə ona xətər yetirilib. Belə ki, kiçik ərəbdovşanının bir ayağı sınıb.

Fədail Şükürov isə yaxaladığı heyvanın hansı növə məxsus olduğunu öyrənmək üçün bütün qəsəbəni dolaşıb. Sonda kəndin yaşlıları bunun ərəbdovşanı olduğunu bildiriblər.

Əsasən Kür-Araz ovalığında, yarımsəhra və quru çöllərdə yaşayan bu canlının Bakı ərtafı kənd və qəsəbələrdə peyda olması diqqət çəkən məqamlardan olsa da, onu tutan Fədailin tək istəyi bala ərəbdovşanını heyvanat parkına təhvil verməkdir. Hər halda bu xırda və zərif canlıya yalnız orda duzgün qulluq edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm