Avtobus ilə “VAZ” toqquşdu: sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Avtobus ilə “VAZ” toqquşdu: sürücü öldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.


Publika.az-ın məlumatına görə, gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik avtomobilinin toqquşub.


Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L.F.Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.


Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm