Bakıda zəncirvari qəza baş verib
Bizi izləyin

Qırmızı.az

Bakıda zəncirvari qəza baş verib

Bakının Nərimanov rayonunda zərncirvari yol nəqliyyat hadisəsi baş verib. Zəncirvari qəza rayonun Xətai prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı Pənah Məmmədovun idarə etdiyi “Vaz 2107” və Şaiq İsayevə məxsus “Mercedes” maraklı maşın işıqforun yol kəsişməsindəki qırmızı işığında dayanmış vəziyyətdə olub. Bu zaman arxadan gələn Rəşad Pənahov idarəetiyi “Opel” maraklı maşınla hər iki nəqliyyat vasitəsinə çırpılıb.

Qəza yerində araşdırma aparan yol patrul ximdəti əməkdaşları qəzanın baş vermə səbəbləri müəyyən etməyə çalışıblar. Müvafiq müayinələrdən sonra sürücülər izahatlarının alınması polis orqanına dəvət edilib.

Maddi ziyanın böyük olduğu zəncirvari qəzanın tək təsəllisi insan itkisinin olmamasıdır.

Qəzaya “Opel”in sürücüsünün şərait yaratdığı söylənilsə də, tam dəqiq səbəbli ekspertiza müəyyən edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm