Metropoliten sədrinə müavinlər təyin olundu
Bizi izləyin

Qırmızı.az

Metropoliten sədrinə müavinlər təyin olundu

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə iki sədr müavini təyin edilib.

“Bakı Metropoliteni” QSC-də dörd sədr müavini postu var.

Bu postlardan birini “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Hidayət Məmmədov, digərini Zaur Babayev tutub.

Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb.

Hidayət Məmmədov 1992-ci ildən Bakı metrosunda işləyir. Hərəkət Xidmətinin rəisi vəzifəsinə 2002-ci ildə təyin olunub.

Hidayət Məmmədov və Zaur Babayev prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin sədr müavinləri təyin ediliblər.

“Bakı Metropoliteni” QSC bu il fevralın 27-də prezidentin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur.

Xatrıladaq ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bundan əvvəl “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini vəzifəsində çalışıb. (Mediaforum)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm