Bakı metrosunda aləm qarışdı: gənclər bir-birilərini çırpdılar
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda aləm qarışdı: gənclər bir-birilərini çırpdılar

Bakı metrosunda dünən gecə aləm qarışıb. Dərnəgül istiqamətində gedən qatarda sərnişinlər şillə-təpik davasına çıxıblar.

Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, qatar hərəkətdə ola-ola iki oğlan əlbəyaxa olub. Onları ayırmaq üçün sərnişinlər xeyli əziyyət çəkməli olublar.

Hadisə şahidi baş verənləri sayta belə nəql edib: “Qatar "Dərnəgül" istiqamətində gedirdi. 3-4 dost idi, biri "Memar Əcəmi"dən qabaqkı stansiyada düsəndə söyüş söydü. O zaman qabaqda bir oğlan dedi ki, "ey, ağzının açarını itirmə". O da anası ilə idi. Oğlan vaqondan düşdü, amma qısqırdılar deyə təzədən mindi qatara və qatar da sürdü. İçəridə yumruq-təpik davası başlandı. Oğlanlar düşdülər araya, ayırdılar. Söyüş söyən "Memar Əcəmi" stansiyasında düşəndə ona irad tutan oğlanı çağırdı ki, düş gəl, söhbət edək. Anası oğlunu buraxmadı. Amma "Memar Əcəmi"də qatarın qabağında polislər var idi. Vaqon stansiyada 6-7 dəqiqə dayanmalı oldu”.

Bakı Metropolitenində Polis Şöbəsindən dava ilə bağlı açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm