Qırmızı.az
Öldürülən Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı - Rəsmi açıqlama
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı məlumat yayıb:
Bəyanatda qeyd olunub ki, girov götürülən Həsən Həsənovun cəsədinin
həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici
identifikasiya materiallarına ehtiyac var:
"Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilmiş və girov götürülmüş şəxslərin talehi ilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Bununla yanaşı, girov götürülmüş şəxslərlə bağlı hər hansı bir
məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin
fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu
istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə
çatdırılıb.
Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi
tərəfindən bir neçə fotolar əldə edilmiş və həmin fotolarda girov
götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü
ehtimal olunan Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar
olaraq ailə üzvləri, qohumları həmin fotolar ilə tanış olmuş və
həmin şəxsin Həsən Həsənov olduğu təsdiq olunub. Eyni zamanda,
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə
bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin
həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici
identifikasiya materiallarına ehtiyac var.
Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən
girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil
olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı
görülən işlər gündəlik ölkə prezidenti İlham Əliyevin
nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat
veriləcək".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!