Bakı metrosunun axtarışda olan əməkdaşı saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunun axtarışda olan əməkdaşı saxlanıldı

Bakıda axtarışda olan metro işçisi saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.


Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən verilən əmlumata görə, saxlanılan Seymur Məhərrəmov Bakı Metropoliteninin əməkdaşıdır.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm