• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

95 heyvan virusa yoluxub, 300 heyvan müalicə edilib

95 heyvan virusa yoluxub, 300 heyvan müalicə edilib

“Hazırda “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 95 baş heyvan müalicə altındadır. Xəstə heyvanlar tam müalicə edildikdən sonra təsərrüfatlara daxil edilir. Bu vaxta qədər 300-dən çox heyvan tam tam sağalıb.Bu virusla bağlı ölüm halı qeydə alınmayıb, virusun gedişatı tam nəzarətdədir”. Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli onu da bildirib ki, aparılan monitorinqlər zamanı xəstəliklə bağlı artım müşahidə edilmədiyi müəyyən edilib:

“Bölgələr tam nəzarətdədir. Yalnız Cəlilabad rayonunun Alar kəndində virusa yoluxmuş heyvanların sayı digər rayonlara nisbətən çoxdur. Lakin hələ ki, virus Cəlilabad, Ağdaş, Ucar və Biləsuvarda yayılıb”.

Y.Xanvəlinin sözlərinə görə, virusun müalicəsi ilkin yardım olaraq mütəxəssislər tərəfindən dövlət hesabına həyata keçirilir. Ehtiyac olarsa, heyvan sahibləri əlavə dərmanları ala bilərlər.

Virusa yoluxmuş heyvanların rayonlardan çıxarılmasına gəldikdə, Y.Xanvəli deyib ki, xəstəlik qeydə alınan kəndlərdən digər kəndlərə diri heyvan aparılmaması üçün karantin rejimi tətbiq edilib.

“Xəstəlik qeydə alınan təsərrüfatlarda dzinfeksiksiya tədbirləri görülüb. Heyvanlarında bu xəstəliyin əlamətlərini müşahidə edənlər müraciət edir. Mütəxəssislərimiz yerindəcə baxış keçirir, xəstəlik aşkarlandığı halda müvafiq tədbirlər görülür. Xəstəlik qeydə alınan kəndlərdə karantin rejimi tətbiq edildiyinə görə, onların ətindən Bakı və digər rayonlara gətirilməsi faktı qeydə alınmayıb”.

Xatırladaq ki, “Nodulyar dermatit” xəstəliyi İran, Türkiyə və İraqda yayılıb. Qansoran həşəratlar vasitəsilə yayılan virus qısa zamanda heyvanlar arasında sürətlə yayılır. Virus heyvanın südvermə qabiliyyətinə təsir edir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR