Fəhlə xəstəxanalıq oldu
Bizi izləyin

Qırmızı.az

Fəhlə xəstəxanalıq oldu

Ötən gün Qaradağ rayonu Ələt qəsəbəsində bir nəfəri ilan sancıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, 38 yaşlı kişini ilan sancması ilə bağlı müraciət edilib. Təcili yardım həkimləri ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər.

Z.Vahidova bildirib ki, bir nəfər isə günvurma ilə bağlı müraciət edib.

Nərimanov rayonunda daş karxanasında işləyən 56 yaşlı kişi günvurma ilə müraciət edib. Fəhlə gün ərzində açıq havada işləyib, axşam 18:43 radələrində təcili yardıma müraciət edilib. Həmin şəxsin vəziyyəti ağır olduğuna görə, 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm