Azərbaycanlılar Qəzzadan təxliyyə olundu - XİN
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlılar Qəzzadan təxliyyə olundu - XİN

Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar 15 Azərbaycan vətəndaşı bölgədən təxliyyə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin anspress-ə verdiyi məlumata görə, Qəzza bölgəsində olan Azərbaycan vətəndaşları 2 mərhələdə təxliyyə edilib.


Onun sözlərinə görə, birinci mərhələdə 11, ikinci mərhələdə isə 4 nəfər Qəzza bölgəsindən çıxarılıb.


İsraildə olan Azərbaycan vətəndaşlarına gəlincə, Elman Abdullayev bildirdi ki, bu ölkədəki vətəndaşlarımızın təxliyyəsi ilə bağlı müraciət daxil olarsa, Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq addımlar atmağa başlayacaq.


Qeyd edək ki, Qəzzada hərbi əməliyyatlar keçirilir. İsrailin zərbələri nəricəsində şəhərdə yüzlərlə insan ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm