10 hektardan çox meşə fonduna ziyan dəyib
Bizi izləyin

Qırmızı.az

10 hektardan çox meşə fonduna ziyan dəyib

İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlayıb. Sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçmiş yanğın iyulun 24-ü saat 12 radələrində tam söndürülüb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranmışdı.

Artıq ETSN-nin və FHN-nin qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub. Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm