• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

AzərTAc öz üslubundan imtina etdi - (FOTO)

AzərTAc öz üslubundan imtina etdi - (FOTO)

Azərbaycan Dövlət Teleqraf Agentliyi uzun müddətdir istifadə etdiyi üslubundan imtina edib.

Agentliyin bu yeniliyi sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Media əhlinə bəllidir ki, dövlət agentliyi cümlənin xəbərini nəqli keçmiş zamanda, yəni -mış (miş, muş, müş) şəkilçisindən istifadə edərək qururdu. Bu üslub cümlələrdə qəlizlik yaratsa da, agentlik uzun müddətdir bundan imtina etmirdi.

Bu gün isə AzərTAcın xəbərlərində cümlə sonluqlarında yenilik diqqət çəkib. Artıq cümlə qurularkən nəqli keçmiş zamanın 2-ci və 3-cü şəxs üçün alternativ şəkilçisi olan – ıb (ub, üb, ib) -dən istifadə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR