Nazir 50 nəfər əlili istirahətə göndərdi
Bizi izləyin

Qırmızı.az

Nazir 50 nəfər əlili istirahətə göndərdi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin mənalı istirahətinin təşkili məqsədilə görülən işlərin davamı olaraq, daha 50 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata götə, ƏƏSMN-in müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. Son iki ay ərzində onlardan artıq 800 nəfərə yaxını həmin mərkəzlərə yola salınıb.

İstirahət guşələrində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm