Nazirliyə yeni Aparat rəhbəri təyin olundu
Bizi izləyin

Qırmızı.az

Nazirliyə yeni Aparat rəhbəri təyin olundu

Nazirliyə yeni təyinat

Publika.az-ın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə Bayramov Rafiq Yasin oğlu təyin olunub.

R. Bayramov 1972-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub. 1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər və İdman İdarəsində, 1999-2001- ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatında ictimai - siyasi şöbədə məsul vəzifələrdə işləyib. 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyində Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman və turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin köməkçisi işləyir.

2011-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm