Qırmızı.az
Dilqəm Rusiya vətəndaşıdır (FOTO)
“Səfir Doroxin Milli Məclis sədrinə yalan məlumat verib. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”. Bu sözləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova Rusiya səfirliyinin “Kəlbəcərdə girov götürülmüş şəxslərin heç biri Rusiya Federasiyasının vətəndaşı deyil” açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin vəzifələrindən biri də əsir-girov götürülmüş və ya itkin düşmüş şəxslərə hüquqi yardın göstərməkdir. Girov götürülmüş hər 3 girovun ailə üzvləri əzizlərinin qaytarılması ilə bağlı ərizələrin, müraciətlərin hazırlanmasında onlara hüquqi yardım etmək üçün icimai birliyimizə müraciət ediblər: “Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğunu təsdiq edən pasportunu da gətirmişdilər. Atasının xahişi ilə Rusiya səfirliyinə onun azad edilməsi ilə bağlı yazdığım ərizəyə Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğunu təsdiq edən pasportunun surətini də əlavə edərək ünvanlamışam. İyul ayının 21-də həmin məktubu ailə üzvləri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə təqdim edən zaman məktubun məzmunu ilə tanış olduqdan sonra müraciətin poçtla göndərilmədiyini bəhanə gətirərək qəbul etməkdən imtina ediblər.
Girov götürülmüş Quliyev Şahbaz Cəlal oğlunun həyat yoldaşı,
1982-ci il təvəllüdlü Veselova Albina İvanovna Rusiya
Federasiyasının vətəndaşıdır. Şahbazla rəsmi nikahda olan Albina
İvanovna RF Perm vilayəti, Bolşesosnovskiy rayonu, Çernokskoye
kəndində daimi qeydiyyatdadır. Onların birgə nikahdan 2005-ci il
təvəllüdlü Elza adlı bir qızları var. Həyat yoldaşı və qızı hazırda
Azərbaycanda yaşayırlar. Şahbazın həyat yoldaşı və bacısı oğlu
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində olan zaman
onlara “Şahbaz Azərbaycan Respublikasının vətəndaşıdır, əgər Rusiya
Federasiyasının vətəndaşı olsaydı, biz məsələyə qarışa bilərdik”,
deyiblər”.
Esmira Orucova bildirib ki, hazırda RF-nin Azərbaycandakı səfirliyi Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğu halda yaxınlarının onun qaytarılmasına yardım edilməsi ilə bağlı təqdim etdikləri məktubu almaqdan imtina edir.
Aznews.az
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı