Nazir Riçard Morninqstarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Nazir Riçard Morninqstarla görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik missiyasının başa çatması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, K.Heydərov Birləşmiş Ştatların ölkəmizdəki səfirinin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsindəki rolunu qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fövqəladə hallar naziri ABŞ-ın müvafiq qurumları ilə nazirlik arasında əməkdaşlığın perspektivlərindən bəhs edib əmin olduğunu bildirmişdir ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Görüş zamanı səfirə Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

R.Morninqstar ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ştatların müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm