Bakıda “Nissan” motosikli vurdu
Bizi izləyin

Qırmızı.az

Bakıda “Nissan” motosikli vurdu

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib. Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrin kəsişməsində baş verən qəza zamanı “Nissan” markalı minik maşını onunla eyni istiqamətdə hərəkət edən “Behro” markalı motosikli vurub.

Zərbənin təsiri o qədər böyük olub ki, motosikl hadisə yerindən bir neçə metr kənara gedib. Daha sonra “Nissan” iki təkərli nəqliyyat vasitəsini yol kənarındakı “BMW” markalı avtomobilə sıxıb.

Hadisə nəticəsində motosiklın sürücüsü yüngül bədən xəsarətləri alıb. Ona əraziyə çağıran təcili tibbi yardım briqadasının həkimləri yardım göstəriblər.

Qəzanın təfərrüatlarını isə Nəsimi rayon polis idarəsi araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm