Qoruq yaxınlığında yanğın baş verib
Bizi izləyin

Qırmızı.az

Qoruq yaxınlığında yanğın baş verib

İylun 24-də axşam saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində gecə saat 03:30 radələrində yanğının qarşısı tam alınaraq Qoruq ərazisinə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm