Dəmir Yolları: "Qatarlara əlavə vaqonlar qoşulub"
Bizi izləyin

Qırmızı.az

Dəmir Yolları: "Qatarlara əlavə vaqonlar qoşulub"

Yay fəsli və Ramazan bayramı ilə əlaqədar olaraq dəmir yolunda bütün istiqamətdə sıxlıq müşahidə edilir. Adi günlərdə gündəlik 3 minə yaxın sərnişin müraciət edirdisə, indi bu rəqəm 5 minə çatıb.

Bunu Publika.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, sərnişinlərin sayı tam hesablanmasa da, təxmini olaraq 2 minə yaxın artım müşahidə edilir, lakin indi də bilet alınması davam etdiyinə görə, dəqiq rəqəm demək çətindir:

“Həm yay fəsli, həm də bayramla əlaqədar səfər edənlərin sayı artıb. Şənbə-bazar günləri Astara, Balakən və Tiflisə gedənlərin sayı artır. Hər zaman sıxlıq daha çox qərb istiqamətində müşahidə edilir. Ona görə də bütün istiqamət üzrə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulub. Bununla da sıxlığı aradan qaldırmağa çalışırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm