Təhsil Nazirliyi yay məktəbi təşkil edəcək
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi yay məktəbi təşkil edəcək

Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "Mədəd" Azərbaycan Təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ilə birgə sentyabrın 4-dən 13-dək Quba rayonunda Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi təşkil edəcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla bağlı, Təhsil Nazirliyi Yay Məktəbində iştirakçı və spiker (təlimçi) qismində iştirak etmək üçün elan verib.

Yay Məktəbinin əsas məqsədi təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə töhfə vermək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.

Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, təhsildə qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.

Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı və ya spiker (təlimçi) qismində çıxış etmək üçün müraciət edə bilərlər. Ətraflı məlumat http://madad.net/az/announcement45.php,
http://madad.net/az/announcement46.php internet səhifələrində yerləşdirilib.

Müraciət üçün son tarix avqustun 4-dür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm